FHN-dən paytaxtda ticarət obyektlərində baş verən yanğınla bağlı açıqlama

FHN-dən paytaxtda ticarət obyektlərində baş verən yanğınla bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb.

Axeber.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Loading...