FHN-dən Sabunçudakı yanğınla bağlı açıqlama

FHN-dən Sabunçudakı yanğınla bağlı açıqlama

Bakıda yanğın hadisəsi baş verib.

Axeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb