FHN Cəlilabadda baş verən qəza ilə bağlı məlumat yaydı

FHN Cəlilabadda baş verən qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Axeber.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.