FHN Xızıda qarlı yolda qalan şəxsləri xilas etdi

FHN Xızıda qarlı yolda qalan şəxsləri xilas etdi

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

Axeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Xızı rayonu Qızılqazma kəndi ərazisində, vətəndaş Mehdiyev Rüfət Rafiq oğluna məxsus “Mercedes” markalı minik avtomobilində 3 nəfər vətəndaşın qarlı yolda bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşlar və avtomobil Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlardan istifadə olunmaqla təhlükəsiz əraziyə çıxarılıb.

Loading...