Fici sahilləri yaxınlığında güclü zəlzələ oldu

Fici sahilləri yaxınlığında güclü zəlzələ oldu

Sakit Okeanın Fici sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Axeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.