“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO/VİDEO

“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO/VİDEO

“Formula 1” üzrə Bəhreyn Qran-Prisində dəhşətli qəza baş verib.

Axeber.az xəbər verir ki, “Haas” komandasının pilotu Romeyn Qrojan ölümdən dönüb.

Onun idarə etdiyi bolid idarəetmədən çıxaraq bariyerlərə çırpılaraq əvvəlcə alovlanıb, daha sonra isə iki hissəyə bölünüb.

Xoşbəxtlikdən Qrojan yanan bolidin içindən sağ çıxıb və xəstəxanaya aparılıb.