Fransa məhkəməsi iki erməni haqqında hökm çıxardı

Fransa məhkəməsi iki erməni haqqında hökm çıxardı

Fransanın Endr və Luara departamentinin məhkəməsi 4 nəfər barədə hökm çıxarıb.

Axeber.az xəbər verir ki, onlar soyğunçuluqda ittiham edirdilər.

İstintaq zamanı məlum olub ki, 4 nəfərlik dəstə 2021-ci ilin oktyabr-noyabr aylarında kütləvi oğurluq həyata keçiriblər. Polisin keçirdiyi əməliyyatda onlardan 11 000 avro nağd pul, 231 blok siqaret, 300 qram qızıl-zinət əşyası, 36 şüşə bahalı ətir, 35 şüşə araq, 1 ədəd köhnə odlu silah və 1 küt alət götürülüb.

Mütəşəkkil dəstənin üzvləri Andranik və Marinanın Ermənistan, Nikoloz və Mikeilin Gürcüstan vətəndaşları olduğu məlum olub.

Müdafiə tərəfinin vəkilləri 3000 səhifəlik ittiham aktında təqsirləndirilən şəxslərin barmaq izlərinin olmadığını, Nikolozun evindən tapılan çantada nəyin aşkar edilməsinin yer almadığını bildiriblər.

Məhkəmənin hökmü ilə Mikeil 12 ay müddətinə azadlıqdan məhrum edilib. Nikoloz və Marina elektron qolbaq tətbiq edilərək 5 ay sınaq müddəti olmaqla 6 ay ev dustaqlığına məhkum edilib. 6 ay azadlıqdan məhrum edilən Andranik həm də 70 720 avro cərimə ödəməlidir.