Gələn ay bağçalara uşaqların elektron qəbulu üçün qeydiyyat başlayacaq

Gələn ay bağçalara uşaqların elektron qəbulu üçün qeydiyyat başlayacaq

İyul ayında uşaq bağçalarına uşaqların elektron qəbulu üçün qeydiyyat başlayacaq.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, may ayından bağçalara qəbul müvəqqəti dayandırılıb.