Günay sevgilisini bıçaqladığını etiraf etdi

Günay sevgilisini bıçaqladığını etiraf etdi

Model Günay Musayeva keçmiş sevgilisi Taha Tatlıcını bıçaqladığını açıqlayıb.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim qarşısına çıxan Günay sərxoş olduğu üçün belə addım atdığını qeyd edib:

“Hadisənin baş verdiyi gün sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Mən də içkinin təsirindən mübahisə zamanı meyvə bıçağı ilə Tahanı yaraladım, sonra barışdıq. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.