Göygöldə zəlzələ oldu

Göygöldə zəlzələ oldu

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Axeber.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.