Hacıqabulda yol polisinin avtomobilində yanğın oldu

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilinin mühərrikində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mercedes” markalı avtomobildə olan yanğın söndürülüb.
Xəsarət alan yoxdur.
Araşdırma aparılır.