Hadi Rəcəbli ləğv edilən "qələbə"si haqqında: “Qurtardı”

Hadi Rəcəbli ləğv edilən "qələbə"si haqqında: “Qurtardı”

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Axeber.az bildirir ki, iclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib. Nəticələrə görə, sözügedən dairənin qalibi Hadi Rəcəblinin qələbəsi etibarsız hesab edilib.

Məsələ ilə AZXEBER.COM Hadi Rəcəbli ilə əlaqə saxlayıb. Telefonuna cavab verən keçmiş deputat müxbirimizin sualına məhəl qoymadan yanındakı şəxsə "Qurtardı” deyərək dəstəyi asıb. Ona verilən sualları cavabsız qoyan Hadi Rəcəbli daha sonra telefonunu söndürüb.