"Hakimiyyət siyasi münasibətlər sisteminin yenilənməsi baxımından ardıcıl addımlar atır" - Politoloq

"Hakimiyyət siyasi münasibətlər sisteminin yenilənməsi baxımından ardıcıl addımlar atır" - Politoloq

“Siyasi partiyaların qeydə alınması sağlam siyasi mübarizənin stimullaşdırırlması baxımından olduqca əhəmiyyətlidir”

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə son günlərdə Ədliyyə Nazirli tərəfindən daha 3 siyasi partiyanın qeydiyyatına müsbət cavab verməsi ilə bağlı məsələni şərh edərkən bildirib. Onun fikrincə, hakimiyyət siyasi münasibətlər sisteminin yenilənməsi baxımından ardıcıl addımlar atır.

“Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür. Elə son aylarda 4 siyasi partiyanın, Yeni Zaman, Azad Demokratlar, Cümhuriyyət Xalq və Müstəqil Xalq Partiyasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması, eləcə də iki gün öncə daha 3 siyasi partiyanın Milli Vəhdət, Azərbaycan Milli Demokrat və Ağ Partiyanın sənədlərinə müvafiq dəyişikliklər edilməklə təkrar qeydə alınması bunun ən bariz sübutudur.

Hələ bir neçə ay əvvələ qədər Azərbaycanda qeydiyyatdan keçən sonuncu siyasi partiya Milli Dirçəliş Hərəkatı Partiyası idi, hansı ki, 31 may 2011-ci ildə dövlət qeydiyyatına alınmışdı. 9 illik fasilədən sonra siyasi partiyaların yenidən qeydə alınması onu göstərir ki, hakimiyyət siyasi münasibətlər sisteminin yenilənməsi baxımından ardıcıl addımlar atır və bu istiqamətdə fəaliyyət göstərməkdə qərarlıdır. 

Partiyaların qeydə alınması ilə paralel şəkildə Prezident Adminstrasiyasının siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşlərini davam etdirməsi, partiyalarla dövlət hakimiyyət orqanlarının əlaqəsinin tənzimlənməsi baxımından da əhəmiyyətlidir və pandemiya dövründə olmağımıza baxmayaraq bu təmasların davam etdirilməsi təqdirəlayiq haldır”, - deyə politoloq qeyd edib.