Hamilə sevgilisi ilə evləndiyi deyilən aparıcı Zaur danışdı: "9 ay tamam olanda..." - VİDEO

Hamilə sevgilisi ilə evləndiyi deyilən aparıcı Zaur danışdı: "9 ay tamam olanda..." - VİDEO

“Allahınız, vicdanınız olsun. Mənim də ailəm, atam-anam var, günahdır axı. Nə əldə edirsiz?! Bəs 9 ay tamam olanda bu camaata nə cavab verəcəksiz?! Niyə məni ləkələməyə çalışırsınız?!”  

Axeber.az-ın məlumatına görə, bu sözləri evlilik xəbəri yayılan aparıcı Zaur Nəbioğlu deyib. Axsam.az saytı ilk evliliyi qısa sürən Zaur Nəbioğlunun bir müddətdir Jalə adlı xanımla qeyri-rəsmi nikahda yaşadığını və xanımın artıq 4 aylıq hamilə olduğunu yazıb. Cütlük məhz bu səbəbdən rəsmi nikaha daxil olmağa qərar verib. Şəhər restoranlarının birində baş tutan kiçik məclisdə qızın yaxınları, dostları yer alıb. Məhərrəm ayı olduğu üçün cutluk təmtəraqlı toy etməyib.

O, evlənmədiyini, sadəcə həmin günü Jalə adlı bir xanımın doğum günündə sadəcə aparıcılıq etdiyini, yazılan xəbərlər üzündən məclisi yarımçıq tərk etdiyini yazıb. Qeyd edək ki, Zaur 2018-ci ilin aprelində qohumu olan xanımla ailə qurmusdu. Aparıcının yanvarda qızı doğulub. Zaur bu ilin martında həyat yoldasından boşanıb.

Mənbə: Baku.vs