Hamının ələ saldığı azərbaycanlı aparıcı: Mənim ləhcəmə gülürlər - VİDEO

Hamının ələ saldığı azərbaycanlı aparıcı: Mənim ləhcəmə gülürlər - VİDEO

Sosial şəbəkələrdə son günlərin trendi internet televiziyaların birində yayımlanan "Qızıl səslər" verilişidir.

Axeber.az-ın məlumatına görə, verilişin aparıcısı Qənirə Şəmmədqızı azxeber.az-a-a geniş müsahibə verib.

O verilişinin səs-küyə səbəb olmasına görə təəcübləndiyini deyib: "Qızıl səslər" verilişi 2 ilə yaxındır ki, efirdə yayımlanır. Mənim verilişimə sənətkarlar qonaq gəlir. Mənim ləhcəmə gülürlər. Ancaq insanın ləhcəsi varsa, o Parisə getsə də, ləhcə dəyişməyəcək. Burada qəribə nə var?"

Qənirə Şəmmmədqızı deyib ki, o tənqidləri normal qarşılayır: "Mən tənqidlərə pis baxmıram. Ancaq sosial şəbəkələrdə yazılanlara əsəbiləşirəm. 3-5 günlük dünyadır, yaxşı şeylər yazın. Mənə hörmət etmirsizsə, verilişimə gələn qonaqlara hörmət edin. Adam öldürməmişəm ki, nə etmişəm?". 

Qənirə Şəmmədqızının müsahibəsini təqdim edirik: