Hazırda cəbhədə vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Hazırda cəbhədə vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir.

Axeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çaılışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”. 

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, Tovuz istiqaməti ilə yanaşı həm dövlət sərhədində, həm də qoşunların qarşıdurma xəttində mövcud vəziyyət gərgindir. Yaranmış gərginliklə bağlı nazirlik rəsmi məlumat yayıb".