Həbib Nurməhəmmədov Castin Qetjini boğucu fəndlə məğlub etdi

Həbib Nurməhəmmədov Castin Qetjini boğucu fəndlə məğlub etdi

MMA üzrə UFC-254 turniri başa çatıb.
 
Axeber.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.
 
Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində keçirilib. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini sınağa çəkib. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.