Hindistanda bina uçdu - 13 yaralı, 3 itkin

Hindistanda bina uçdu - 13 yaralı, 3 itkin

Hindistanın Badcanpur rayonunun Yeni Dehli şəhərində binanın uçması nəticəsində azı 13 nəfər yaralanıb.

Axeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, azı 3 nəfər itkin düşmüş hesab olunur.

Uçan binada təmir işləri aparılırmış.

Hazırda xilasedicilər dağıntıları aradan qaldırır, xəsarət alanların ümumi sayı dəqiqləşdirilir.