Hirkan Milli Parkında baş vermiş yanğın söndürüldü

Hirkan Milli Parkında baş vermiş yanğın söndürüldü

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.

Bu barədə Axeber.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

O deyib ki, ilkin məlumatlara görə, 100 ha ərazidə quru ağac və kol-kos yanıb.