Honkonqda koronavirusa görə tətil elan edildi

Honkonqda koronavirusa görə tətil elan edildi

Honkonqda koronavirusa görə fevralın 17-dək məktəb və uşaq bağçaları bağlanılacaq.

Axeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə Honkonqun rəhbəri Kerri Lam məlumat verib. 

Onun sözlərinə görə, təhsil ocaqlarının müvəqqəti bağlanması ilə yanaşı, bölgədəki 70 minlik marafon da təxirə salınıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Honkonq, Sinqapur, Cənubi Koreya, Tailand, Tayvan, Makao, Vyetnam, Nepal, Yaponiya, Avstraliya, Fransa və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələrə hazır olmağı tövsiyə edib.