Hüseynbala Mirələmovun da nəticələri tanınmadı

Hüseynbala Mirələmovun da nəticələri tanınmadı

33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv edilib.

Axeber.az bildirir ki, MSK üzvü İlkin Şahbazov məlumat verib, bildirib ki, 3 istiqamət üzrə araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, mübahisələndirilən 21 məntəqə üzrə pozuntular aşkar olunub.

Beləliklə, MSK həmin dairədə də seçkilərin nəticəsini etibarsız hesab edib.

Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hüseynbala Mirələmov idi.