“Hyatt Regency Baku” hotelinin əcnəbi rəhbəri cərimələndi - Foto

“Hyatt Regency Baku” hotelinin əcnəbi rəhbəri cərimələndi - Foto

Yasamal Rayon Məhkəməsi “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valteri inzibati qaydada cərimələyib.

Axeber.az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə vəzifəli şəxslər 500 manatdan 2000 manatadək cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Q.Valter apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.

Mənbə: Report