İlham Əliyev: "Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur"

İlham Əliyev: "Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur"

"Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur".

Axeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.

"Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm", - məktubda qeyd olunub.