İlham Əliyev Heydər Əliyevlə bağlı paylaşım etdi

İlham Əliyev Heydər Əliyevlə bağlı paylaşım etdi

Prezident İlham Əliyev rəsmi feysbuk hesabında Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib. 

Axeber.az bildirir ki, dövlət başçısının paylaşdığı fotoda ulu öndərin sitatı qeyd edilib: 

“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.

Xatırladaq ki, Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.