İlin sonuna qədər əmək müqavilələrinin tam elektronlaşdırılması nəzərdə tutulur

İlin sonuna qədər əmək müqavilələrinin tam elektronlaşdırılması nəzərdə tutulur

May ayından etibarən ölkə üzrə əmək müqavilələri birbaşa elektron imza ilə təmin edilir ki, bu da əmək münasibətlərini daha da təkmilləşdirməyə, kağız daşıyıcıların elektronlaşdırılmasına imkan verir.

Axeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, cari ilin ikinci yarısından kağız üzərində əmək müqavilələrinin tamamilə ləğvi və ilin sonuna qədər əmək müqavilələrinin elektron sistemdə tətbiqi nəzərdə tutulur:

"Bununla biz elektron əmək münasibətlərinə keçidi təmin etmiş olacağıq".