İnam Kərimov ona yüksək vəzifə verdi

İnam Kərimov ona yüksək vəzifə verdi

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib.

Axeber.az-ın məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabit Mirzəxan oğlu Səmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətləb Ağakərim oğlu Kərimov sentyabrın 2-də öz ərizəsi əsasında Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsindən azad olunub. O, 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.