İndoneziyada 7 baldan çox zəlzələ oldu - Sunami gözlənilir

İndoneziyada 7 baldan çox zəlzələ oldu - Sunami gözlənilir

İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Axeber.az bildirir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. Zəlzələlərin episentri Ternate şəhərindən 133 kilometr şimal-qərbdə yerləşib. Ocağı isə 62 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib.