İngiltərə Premyer Liqası üçün arzuolunmaz itki

İngiltərə Premyer Liqası üçün arzuolunmaz itki

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü vaxtından əvvəl tamamlanacağı təqdirdə, çempionatın hansı itkilərə məruz qalacağı bəlli olub.

Axeber.az-ın məlumatına görə, bu barədə Premyer Liqanın baş direktoru Riçard Masters “Sky Sports”a açıqlama verib. O, bildirib ki, mövsüm başa çatmasa, 1 milyard funt sterlinq itirəcəklər. 

Qeyd edək ki, İtaliyanın “Udineze” klubunun idman direktoru Pyerpaolo Marino İngiltərə Premyer Liqası rəhbərliyinin mövsümü vaxtından əvvəl tamamlamağa hazırlaşdığını açıqlayıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.