İnsanlar daha çox bu xəstəlikdən ölür

İnsanlar daha çox bu xəstəlikdən ölür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il ürək-damar xəstəlikləri 17,9 milyon insanın həyatına son qoyur.

Axeber.az xarici mətbuata istinadən bildirir ki, əvvəllər yaşlılarda daha çox görülən ürək-damar xəstəlikləri indi gənclər üçün də ciddi bir riskdir.

Çünki kardioloji ambulator klinikalara müraciət edən, infarkt keçirib təcili yardım xidmətinə aparılan, stend qoyulan və ürək səbəbindən ölən gənc insanların sayında artım var. Mütəxəsislər, gənc yaşlarında ürək-damar xəstəliklərinin sayının gələcək illərdə daha da çox artacağını söyləyir.

Ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinci sırada yer alır, dünyada bütün ölümlərin 31 faizi ürək-damar xəstəliklərindən qaynaqlanır. Ürək-damar xəstəliklərinin əsas səbəbi olan damar sərtliyinin dəyişdirilə bilən (qarşısını ala bilən) və dəyişməz (qarşısını ala bilməyən) risk faktorları var. Bu cədvəldə oturaq həyatın və çəki artımının rolunu vurğulayan Kardioloq, televizor  və ya kompüterdə uzun müddət hərəkətsiz qalmağın, durğun həyat tərzi ilə, həddindən artıq yüksək kaloriya ehtiva edən "fast food" növü ilə qidalandıqda ürək-damar xəstəliklərinin riski son illərdə daha da artmaqdadır. İstehlak səbəbiylə ürək-damar xəstəliyi riski son illərdə gənclərdə artmışdır. Bunun ən vacib səbəbi piylənmənin son 30 ildə bütün dünyada uşaqlarda və yeniyetmələrdə 2-3 dəfə artmasıdır .