İçki məclisində ürəyindən bıçaqlanaraq öldürülən Asifin FOTOsu

İçki məclisində ürəyindən bıçaqlanaraq öldürülən Asifin FOTOsu

Dünən axşam Tovuz rayonunda bir nəfərin öldürülməsi ilə nəticələnən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Axeber.az BAKU.WS-ə istinadan verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu mübahisə zəminində rayon sakini Fəxrəddin Məmmədov tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumatlara görə, hadisə Kür çayı ətrafındakı kafelərdən birində istirahət zamanı baş verib. Belə ki, öldürülən Asif İbrahimov dostu ilə yeyib-içən zaman onların məclisinə qətli törədən F.Məmmədov və dostları yaxınlaşıb.

Bir müddətdən sonra tərəflər arasında mübahisə baş verib. Asif İbrahimov öncə döyülüb, daha sonra isə öldürülüb.

Qətli törədən F.Məmmədov hadisədən dərhal sonra ərazidən uzaqlaşıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşları onun yerini 4 saat aparılan axtarışdan sonra müəyyən edərək həbs edib. F.Məmmədov ilkin ifadəsində qətli törətdiyini etiraf edib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.