İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Axeber.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.