İranda daha bir deputat koronavirusa yoluxdu

İranda daha bir deputat koronavirusa yoluxdu

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zülnur koronavirusa yoluxub.

Axeber.az bildirir ki, o, bu barədə özü məlumat verib.

M.Zülnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Tehranın deputatı Mahmud Sadiqiyə koronavirus diaqnozu qoyulub.

İran Səhiyyə Nazirliyi isə ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib. //report