İranda koronavirusdan daha 20 nəfər ölüb

İranda koronavirusdan daha 20 nəfər ölüb

İranda ötən sutka ərzində 20 nəfər koronavirusdan (COVID-19) ölüb.

Axeber.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə virusdan ölənlərin sayı 132 152 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4658 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6236567 nəfərə çatıb.