“İrəli” İB fəal üzvləri ilə görüşlər keçirir

“İrəli” İB fəal üzvləri ilə görüşlər keçirir

“İrəli” İctima Birliyi fəaliyyətində aktiv rol alan fəal üzvləri ilə görüşlər keçirir.

Axeber.az-ın məlumatına görə, Birliyin Baş katibi Fatimə Həsənova və İdarə Heyətinin üzvü Elvin Səhətbəyli ilə baş tutan görüşlərdə İctimai Birliyin könüllülərlə iş planı, 2022-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı müzakirə olunub.


Görüşdə, həmçinin gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, onların səsləndirdikləri fikirlər qeydə alınıb. Eyni zamanda, gənclərin təşəbbüs və təklifləri dinlənilərək, cari il üçün nəzərdə tutulan tədbirlər planına əlavə edilib.


Qeyd edək ki, “İrəli” İctimai Birliyi gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üçün üzvlər və gənc könüllüləri ilə bu cür görüşləri mütəmadi olaraq keçirir və gənclərin təşəbbüslərinin dinlənilməsinə, onlara dəstək göstərilməsinə xüsusi diqqət ayırır.