İşə getmək icazəsi olanlar digər hallar üçün SMS göndərməlidir? - RƏSMİ AÇIQLAMA

İşə getmək icazəsi olanlar digər hallar üçün SMS göndərməlidir? - RƏSMİ AÇIQLAMA

“Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

Axeber.az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

“İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”. //oxu.az