İspaniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

İspaniya parlamenti sentyabrın 23-dək yeni baş naziri təsdiq etməsə, noyabrın 10-da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Axeber.az-ın məlumatına görə, bu il aprelin 28-də keçirilən seçkilərdə qalib gələn İspaniya Sosialist İşçi Partiyası ilə solçu “Unidas Podemos” İttifaqı arasındakı danışıqlar nəticə verməsə, son dörd il ərzində sayca dördüncü parlament seçkiləri labüd olacaq.

Qeyd edək ki, son seçkilərdə qalib gəlmələrinə baxmayaraq, sosialistlərin rəhbəri Pedro Sançez iyul ayında iki dəfə keçirilən səsvermədə baş nazir vəzifəsinə təsdiq olunmayıb. Bunun səbəbi “Unidas Podemos” ittifaqı ilə üç ay davam edən danışıqlar zamanı koalisiya hökuməti yaratmaqla bağlı hələ də razılığa gəlinməməsidir.

Mənbə: Report