İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub

İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub

İtaliyada tibb işçilərinin 20 faizinin koronavirusa yoluxduğu məlum olub.

Axeber.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ölkədə 10 mindən çox tibb işçisi hazırda reanimasiya şöbələrində müalicə alır.

Xəstəlik səbəbindən ümumilikdə 69 tibb işçisinin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, İtaliya koronavirus səbəbindən ölənlərin sayına görə birinci yerdədir. Ölkədə 110,574 nəfər koronavirusa yoluxub, 13,155 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.