İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı

İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Axeber.az "Qafqazinfo"ya istinadən bildirir ki, insident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. Daha bir nəfər itkin düşüb.


Hadisənin təfərrüatları aydınlaşdırılır.

Qaynar xətt

055 530 3064