İzmirdə zəlzələ nəticəsində 12 nəfər ölüb, 607 nəfər yaralanıb

İzmirdə zəlzələ nəticəsində 12 nəfər ölüb, 607 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Axeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.