"Yeni Klinika": "Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib" - YENİLƏNDİ

"Yeni Klinika": "Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib" - YENİLƏNDİ

Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib.

Bu barədə axeber.az-a "Yeni Klinika"dan məlumat verilib. 

Bildirilib ki, onun vəziyyəti hazırda ağır kritikdir

***

18:56

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

Axeber.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.