Jurnalistin şikayəti Abşeron polisində araşdırıldı

Jurnalistin şikayəti Abşeron polisində araşdırıldı

Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun Daxili İşlər Nazirliyinə etdiyi müraciət araşdırılıb. 

Axeber.az-ın bu barədə jurnalistin özü məlumat verib. 

Bildirib ki, fevralın 20-də şikayətlə bağlı Abşeron rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilib: "Şikayətimlə bağlı ciddi araşdırma aparıldığını polis idarəsinin rəhbərliyi qeyd etdi. Polis İdarəsinin rəhbərliyi şikayətimlə bağlı mənə hüquqi izahat verdi. İstintaq sirri olduğu üçün həmin izahatın təfərratını açıqlamıram". 

Jurnalist qeyd edib ki, Abşeron rayonu, Saray qəsəbəsində olan evində baş verən oğurluq hadisəsini törədən şəxs və ya şəxslər həbs edilməsi istiqamətində polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərini görüldüyü qeyd olunub. 

Qeyd edək ki, jurnalist fevralın 19-da işinin araşdırılmaması barədə şikayət etmişdi.

2018-ci il dekabrın 24-dən dekabrın 29-dək olan müddətdə jurnalistin evindən oğurluq edilib. Evin pəncərəsini sındıraraq içəri daxil olan şəxs və ya şəxslər 850 manat dəyərində "Grundg" markalı televizor, 75 manat dəyərində ət çəkən maşın, 4 ədəd bir litirlik bankalarda 500 manat məbləğində pul oğurlanıb. 

Jurnalsit dekabrın 29-da evə gələndə oğurluq hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verib. dim. Həmçinin evdən bütün rəsmi sənədlər oğurlanıb. 

Bu hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində  Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Teleqraf.com saytının müxbiri Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.