Kamil Zeynallı barədə həbs qərarının verildiyi məhkəmə prosesindən FOTO

Kamil Zeynallı barədə həbs qərarının verildiyi məhkəmə prosesindən FOTO

Tanınmış bloqer Kamil Zeynallı ötən ilin bu günü Fizuli Rayon Məhkəməsində çəkilmiş fotonu ictimailəşdirib.

Axeber.az xəbər verir ki, sosial şəbəkədə yayılan foto izləyicilərin marağına səbəb olub. 

Qeyd edək ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və Füzuli Rayon Məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilmişdi.