Kamran Əliyev Azərbaycan, Türkiyə və Rusiya baş prokurorlarının əməkdaşlığından danışdı

Kamran Əliyev Azərbaycan, Türkiyə və Rusiya baş prokurorlarının əməkdaşlığından danışdı

“Azərbaycan, Türkiyə və Rusiya liderləri arasında çox gözəl münasibətlər var. Bu da üç ölkənin baş prokurorları arasında mehriban münasibətlər yaratmağımıza imkan verir. Biz bu münasibətləri daha da inkişaf etmək üçün əlimizdən gələni etməliyik”.

Axeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev söyləyib.

Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirində iştirak edən K.Əliyev bu cür mərasimlərin önəminə toxunub:
“Həmkarlarımız bizim gəlməyimizdən xoşbəxt olublar. Bu tədbirin digər önəmi isə ikitərəfli şəkildə fikir mübadiləsi aparmaq üçün fürsətin olmasıdır. Biz bu cür tədbirlərdə yeni dostlar qazanırıq və bu bizim fəaliyyətimizdə çox əhəmiyyətlidir. Faydalı işləmək üçün münasibətlərimizi yaxşı qurmalıyıq”.