Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət etdi - FOTO

Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət etdi - FOTO

Şuşada səfərdə olan Baş prokuror Kamran Əliyevin və İstanbulun Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinə Şuşanın tarixi yerlərini göstərdik.

Axeber.az-ın məlumatına görə, bunu Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov özünün "Twitter" hesabında bildirib.

"Qonaqlar erməni işğalı zamanı dağıdılmış, şəhər azad olunandan sonra isə qısa zamanda bərpa edilmiş Vaqifin məqbərəsi, Şuşa qalası, Bülbülün evi və Yuxarı Gövhərağa məscidi ilə tanış oldular. Eyni zamanda, mədəni-tarixi irsimizin vacib hissəsi olan digər abidələrin bərpa prosesi haqqında da qonaqlara məlumat verdim" - deyə, A.Kərimov qeyd edib.

Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət edib (FOTO) - Gallery Image

Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət edib (FOTO) - Gallery Image