“Keşlə” daha bir legioneri ilə yolları ayırdı

“Keşlə” daha bir legioneri ilə yolları ayırdı

“Keşlə” daha bir futbolçusu ilə yollarını ayırıb.

Axeber.az Ukraynanın footboom.com saytına istinadən xəbər verir ki,  Dmitri Klotsun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Ukraynalı futbolçunun paytaxt klubu ilə mövsümün sonuna qədər sözləşməsi var idi.

Qeyd edək ki, Klots ötən ilin yayından "Keşlə"də çıxış edirdi.

Xatırladaq ki, “Keşlə” buna qədər Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə də yollarını ayırıb.