Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı

Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı

Mövsümlərarası fasilədə PSJ klubunu "Real Madrid"ə dəyişən Kilian Mbappenin qardaşı Etan da Paris təmsilçisindən ayrılıb.

Axeber.az xəbər verir ki, gənc futbolçu digər Fransa təmsilçisi "Lill" klubu ilə anlaşıb.

PSJ ilə müqavilə müddəti başa çatan 17 yaşlı futbolçunun transferi "Lill"ə pulsuz başa gələcək.

Etan Mbappe sosial şəbəkə səhifələrində vida mesajı da yayımlayıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan mərkəz yarımmüdafiəçisi 10 yaşında klubun akademiyasına qəbul olunub.