Küçədə tapılan uşaq dispanserə yerləşdiriləcək

Küçədə tapılan uşaq dispanserə yerləşdiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı məlumat yayıb.

Axeber.az xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə həyata keçirdiyi səlahiyyətləri çərçivəsində uşaq və anası tapılıb.

Onun sözlərinə görə, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.