Koronavirus haqqında "Kurtlar Vadisi" serialında illər öncə deyilibmiş.... - VİDEO

Koronavirus haqqında "Kurtlar Vadisi" serialında illər öncə deyilibmiş.... - VİDEO

Bildiyimiz kimi, hazırda bütün dünya yeni koronovirus təhlükəsi ilə üz-üzə qalıb. 2019-cu ilin dekabrında Çində yayılan virus çox keçmədən dünya ölkələrinin əksəriyyətini əhatə edib və çoxsaylı insan ölümünə səbəb olub. 

Alimlər virusa qarşı dərmanı tapmağa çalışsalar da, hələ ki buna nail ola bilməyiblər. Bəzi insanlar virusun həqiqət olmadığına, hansısa siyasi və iqtisadi məqsəd güddüyünə inanırlar. Virus haqqında əvvəllər elan verən "Simpsonlar ailəsi" cizgi filmi və məşhur görücü Vanqanın dedikləri ilə bağlı məlumatlar paylaşılır. 

Türkiyə mediasında da illər öncə yayımlanan "Kurtlar Vadisi" serialında yeni virusla bağlı məlumat verildiyi qeyd olunub. Həmin görüntülərdə tibbi maskaları satmaq məqsədilə virusun yayılacağı və hətta Çindən başlayacağı fikri irəli sürülür. Sözügedən video-fraqmenti izləyicilərə təqdim edirik: