Koronavirus pandemiyası dördgünlük iş həftəsinə keçidin əsasını qoya bilər

Koronavirus pandemiyası dördgünlük iş həftəsinə keçidin əsasını qoya bilər

Koronavirus pandemiyası dördgünlük iş həftəsinə keçidin əsasını qoya bilər.

Axeber.az trend-ə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının Əmək və sosial siyasət komitəsinin başçısı, Liberal-Demokrat Partiyasının deputatı Yaroslav Nilov deyib.

Ötən il bu məsələnin ən fəal müzakirə olunan mövzulardan biri olduğunu deyən deputat bildirib ki, pandemiya ilə əlaqədar məsafədən işləmək qaydası işi daha tez müddətdə başa vurmağın mümkünlüyünü göstərib:

"Məsafədən işləyənlər başa düşür ki, iş prosesinə ziyan vurmadan işi daha tez görmək rahatdır. İş həyatının təkamülü həm işəgötürənlərə, həm də işçilərə bu formatda işləməyə təkan verəcək".