Koronavirusa görə test verənlərin nəzərinə! - RƏSMİ AÇIQLAMA

Koronavirusa görə test verənlərin nəzərinə! - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, ötən ayın sonlarından Azərbaycanda “E-təbib” mobil tətbiqi istifadəyə verilib. Belə ki, verdikləri testlərin nəticələri vətəndaşlara mobil tətbiq vasitəsilə çatdırılır. Testlərin nəticələri artıq SMS formatında göndərilmir. Laborator analizin nəticəsini öyrənmək üçün “E-təbib” mobil tətbiqini yükləmək və FIN kodu daxil etmək lazımdır.

Lakin bəzi vətəndaşlar testin nəticəsini öyrənməkdə çətinlik çəkdiklərini bildirirlər. Mobil telefonun texniki imkanları və ya hər hansı digər səbəblərdən tətbiqdən istifadə edə bilməyənlər testin nəticəsini necə öyrənə biləcəkləri ilə bağlı narahat olub.

Axeber.az məsələni aydınlaşdırmaq üçün TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxlayıb. TƏBİB rəsmisi mövzu ilə bağlı 8113 - “qaynar xətt” əlaqə mərkəzinə müraciət etməli olduğumuzu bildirdi. 8113 - “qaynar xətt”dən isə bildirildi ki, “E-Təbib” mobil tətbiqindən istifadə edə bilməyən şəxslər test verdikləri tibb müəssiəsinə müraciət etməklə nəticələri əldə edə bilərlər. 

Qeyd edək ki, Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar hazırkı dövrədək ümumilikdə 529 875 test aparılıb.